1 dekabr 2015-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibətilə seminar təşkil olundu. Seminarda AzQAC Sumqayıt bölməsinin işçi heyəti və könüllüləri iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd QİÇS-in yaranmasından, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından xəbər vermək, cəmiyyətin bu virus daşıyıcılarına olan mənfi rəyinin dəyişməsinə təkan vermək idi. Tədbir iştirakçılarını salamlayan SDU-nun prorektoru Nizami Namazov “Ümumdünya QİÇS-lə mübarizə günü”nün qeyd edilməsi və təbliğatının əhəmiyyəti barədə söz açmışdı. Daha sonra SDU-nun dosenti Həsənov Xanəhməd müəllim tələbələrə İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcə də Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar verdi. Hazırlanmış slaydla çıxış edən dosent tələbələri maraqlandıran sualları cavablandırmışdı. Seminarda həmçinin QİÇS daçıyıcısı olan xəstələrə qarşı ayrıseçkiliyin, mənfi yanaşmanın doğru olmadığı əsaslandırılaraq xüsusi vurğulandı