27 iyul, 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin NPVY üzrə İşçi Qrupunun 5-ci iclası keçirilmişdir. Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və NPVY üzrə məsul şəxs Nuranə Qasımzadənin moderatorluğu ilə baş tutan görüşdə NPVY üzrə məsul şəxsin 2-7 İyul, 2022-ci il tarixində “Fövqəladə Hallarda NPVY (PECT) Praktiki Təlimində” iştirakı, təlimin gedişatı və öyrənilənlər, NPVY məsul şəxsinin BF-nın İcma qarşısında Hesabatlılıq (CEA) üzrə nümayəndəsi ilə keçirdiyi görüşün müzakirə mövzuları və nəticələri, CEA elementinin NPVY hazırlığına inteqrasiyası, Tərəfdaş Təşkilatların xəritələşməsi siyahısına iştirakçıların əlavələri və qarşıdakı aylarda 2-ci NPVY layihəsinin keçirilməsinə hazırlıq və Avqust ayı üçün nəzərdə tutulan fəaliyyətlər barədə təqdimatlar olunmuş və qrup üzvləri ilə birgə fayadalanıcı kriteriyaların seçilməsi ilə bağlı müzakirələr aparılmışdır. Təqdimat zamanı İştirakçıların diqqətinə çatdırılmışdır ki, növbəti ayda “Ehtiyacların qiymətləndirilməsi” və “Faydalanıcıların üstünlük verdiyi Yardım Növü”nün müəyyən olunması üçün seçilmiş 5 regionda- Füzuli, Lənkəran, İsmayıllı, Saatlı və İmişli bölgələrində sorğuların aparılması planlaşdırılmışdır. Bu məqsədlə, həm işçi heyətinin, həm də könüllülərin icmalar ilə düzgün ünsiyyət və kommunikasiya bacarıqlarının artırılması üçün BF-nın CEA nümayəndəsi ilə birgə təlim və sessiyaların keçirilməsi nəzərdə tutulmuşdur. İclas İşçi Qrupu üzvlərinin təklif, rəy, sual və müzakirələriylə yekunlaşmışdır.