Zəngilan rayonunun Ağalı kəndində “Bilik ğünü” ilə əlaqədar tədbir keçirildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2021-2025-ci il strateji inkişaf planına əsasən Cəmiyyətimizin təşkilatı inkişaf istiqamətində Yerli Bölmələrin inkişafi ilə bağlı Yeni tədris ilinin başlanması ərəfəsində “Məktəbə qayıdış” adı ilə xeyriyyə aksiyası həyata keçirilməsi davam edir. Növbəti xeyriyyə aksiyamız 13.09.2022 il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və “BRAVO” marketlər şəbəkəsinin maliyyə dəstəyilə Zəngilan rayonunun Ağalı kəndində yaşayan məktəblilər üçün çanta və digər məktəb ləvazimatları, gigiyenik ləvazimatlar və eləcə də ilk yardım çantaları ilə təmin olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə Cəmiyyətin əməkdaşları İcraçı Katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, İcraçı katibin müavini Elşən Səlimzadə, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Sumqayıt RM-nin koordinatoru Mətanət Məhərrəmova, Fandreyzinq şöbəsinin müdür müavini Soltan Məmmədov və Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqov iştirak etmişlər.
Tədbirin təşkilində və kecirilməsində əməyi olan hər bir kəsə təşəkkür edirik.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bir daha bütün təhsil işcilərini, tələbələri, şagirdləri Tədris ilinin başlanması münasibəti ilə təbrik edir, gələcək işlərində nəaliyyətlər arzulayırıq.