Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi yeni tədris ilinin başlaması münasibəti ilə birgə tədbir keçirdi. Tədbirin keçirilməsində məqsəd qazi ailələri və aztəminatlı, çox uşaqlı ailələrə məktəbli çantaları və ləvazimatlarla dəstək olmaq idi. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova, Abşeron-Xızı Regional İdarəsinin məsul əməkdaşları Cəmilə Fəyyaz və Gülbahar Haqverdiyeva iştirak edirdilər. Tədbir vətən uğrunda canlarından keçən Şəhidlərimizin anılması ilə başlanıldı. Təşkilatçılar Yeni Tədris ilinin gəlişi münasibəti ilə şagirdləri təbrik edərək, dərslərində uğurlar arzuladılar. Siyahı əsasında çantalar ehtiyaclı ailənin uşaqlarına təqdim olundu. Valideynlər də öz növbələrində onlara göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirdilər. Ümumilikdə bu tədbirdən 50 ehtiyaclı ailənin uşaqları bəhrələndi.