21-22 sentyabr tarixində Lənkəran şəhərində “Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndiriləsi” layihəsi çərçivəsində AzQAC-ın rayon bölmələrinin könüllüləri üçün “İlk Yardımın Əsasları” təlimi təşkil edildi. AzQAC-ın 11 rayon bölməsindən olan könüllülərin iştirakı ilə təşkil edilən təlimdə könüllülər ilk yardım sahəsində biliklər əldə etdilər və bu bilikləri praktiki tətbiq etmək imkanı qazandılar.
İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tədbirlərin görülməsindən ibarətdir. AzQAC öz könüllülərinin bacarıqlarını artırmaq üçün mütəmadi olaraq “İlk Yardımın Əsasları” təlimləri keçirir.
Təlimin növbəti günü iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak etdilər. Simulyasiya məşğələsidə Fövqəladə Hallar Nazirliyinin cənub bölməsi, Yanğınsöndürmə Mühafizə Xidməti, Təcili Tibbi Yardım briqadası və AzQAC-ın isçləri və könüllüləri iştirak edirdilər. Tədbirdə könüllüllər fəal iştirak edərək, ilk yardım üzrə bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamə verildi və xatirə şəkilləri çəkdirildi.