2022-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) üzvləri tərəfindən həmən rayonların seçilmiş məktəblərində Mənim Haqqımda Kitab fəaliyyətləri həyata keçirilmişdir. Mənim haqqımda kitab – 2010-cu ildə İsveç Qızıl Xaç Cəmiyyəti tərəfindən hazırlanmış alətlər dəstidir. Kitab silahlı münaqişə və digər zorakılıqlardan təsirlənən uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmışdır.
Fəaliyyətlər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bərdə nümayəndəliyinin dəstəyi ilə və AzQAC-ın psixoloqu Nigar Qədəşovanın təşkilatçılğı ilə həyata keçirilmişdir.
Ümumilikdə 2022-ci il ərzində 213 məktəbli bu fəaliyyətlərdə iştirak etmişdir.