Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Pirallahı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir. Oktyabr ayında Pirallahı rayon bölməsinin qeydiyyatında olan aztəminatlı şəxslərə ərzaq bağlamaları paylanıldı.
Benefisiarlar onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Pirallahı rayon bölməsinin sədrinə və könüllülərinə öz minnətdarlıqlarını bildirdilər.