2 noyabr 2022-ci il tarixində Moskva şəhərində Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin Milli Cəmiyyətlərinin Rəhbərlərinin Görüşlərinə start verildi. İki gün davam edəcək görüşlərdə rəhbərlər Milli Cəmiyyətlər ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq, qlobal problemlərə daha yaxşı cavab verə bilmək üçün bu əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın inkişafı mövzularında müzakirə aparacaqlar.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) icraçı katib Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Sayev təmsil edirlər.