Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Pirallahı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir. Noyabr ayında AzQAC-ın Pirallahı rayon bölməsi tərəfindən bölmənin qeydiyyatında olan aztəminatlı şəxslərə ərzaq bağlamaları paylanılıb.
Benefisiarlar onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Pirallahı rayon bölməsinin sədrinə və könüllülərinə öz minnətdarlıqlarını bildiriblər.