7 dekabr 2015-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) və 190 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Beynəlxalq Hərəkat) Nümayəndələr Şurasının iclası keçirilmişdir. İclasda Beynəlxalq Hərəkatın nəzəriyyəsi, yenı loqo brendinin, Beynəlxalq Hərəkat daxili koordinasiya və əməkdaşlıq, Beynəlxalq Hərəkatın tarixi və mədəni irsının qorunması kimi mühüm məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İcraçı Katibin müavini Şaban Şayev Beynəlxalq Hərəkatın Nümayəndələr Şurasının iclasında çıxış edərək, dünyada baş verən humanitar böhranların forma və simasının dəyişməsini və Beynəlxalq Hərəkatın ənənəvi cavabvermə mexanizmlərinin edilən əməliyyatlarla idarə oluna bilməməsini və eləcə də Beynəlxalq Hərəkatın yeni növ humanitar böhranlar zamanı öz mandatlarına uyğun şəkildə davrana bilməməsini nəzərə alaraq, Seviliya Razılaşmasına müvafiq əlavə və dəyişikliklərin edilməsinin vacib olduğunu bildirmişdir.
İclasda müzakirə olunan digər mühüm məsələ Beynəlxalq Hərəkatın vahid brend loqosunun qəbul edilməsi idi. AzQAC-nin İcraçı Katibin müavini Ceyhun Mirzəyev iclasda çıxış edərək bildirdi ki, hal-hazırda qlobal humanitar ehtiyacların ödənilməsində maliyyə vəsaitlərinin sosial şəbəkələr vasitəsilə onlayn qaydada toplanıldığı bir dövrdə Beynəlxalq Hərəkatın müxtəlif loqolarla təmsil olunduğunu nəzərə alsaq, qlobal humanitar böhranlar zamanı sosial şəbəkələr vasitəsilə daha çox vəsait toplamaq üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını bildirən vahid loqonun olması məqsədeuyğundur.
7 dekabr tarixində Banqladeş Qızıl Aypara Cəmiyyətinin Vıtse-Prezidentinin dəvəti ilə AzQAC-nin İcraçı Katibi Bayram Vəliyev və İcraçı Katibin müavini Ceyhun Mirzəyevin iştirakı ilə arasında gələcək əməkdaşlığın inkışaf etdirilməsı məqsədilə ikitərəfli işgüzar görüş keçirilmişdir.