IMG_4811

Fövqəladə Mobil Könüllü Dəstələrin üzvlərinin iştirakı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

7 dekabr 2022-ci il tarixində Naftalan şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvlərinin iştirakı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib. Tədbirin məqsədi hər il 5 dekabr tarixində bütün dünyada qeyd olunan Beynəlxalq Könüllülər Gününü qeyd etmək, könüllülük dəyərlərini bölüşmək və könüllülərə gördükləri dəyərli işlərə görə təşəkkür etmək idi.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, AzQAC-ın rayon bölmə sədrləri və könüllüləri, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməliyyatlar üzrə rəhbəri Beata Skwarska, BQXK-ın Bərdə ofisinin rəhbəri Sabin Qralla, Əməkdaşlıq üzrə koordinatoru Cecilia Kituri və müvafiq proqramların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında könüllük prinsipindən bəhs edib. O, qeyd edib ki, dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında könüllü olmaq əvəzsiz bir təcrübədir, çünki, Hərəkatın könüllüləri daimi olaraq həssas təbəqələrə xidmət edirlər, öz cəmiyyətlərində fərq yaradırlar. O, eyni zamanda, son illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin Cəmiyyətin fəaliyyətlərində necə aktiv iştirak etdiklərini və ön sıralarda olduqlarını vurğulayıb. Məhz Fövqəladə Mobil Könüllü Dəstələrin üzvlərinin həm 44 günlük müharibə dövrü ərzində, həm də COVİD-19 pandemiyası zamanı gördükləri işləri, həyata keçirdikləri fəaliyyətlərə toxunub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov da öz çıxışında könüllülük dəyərindən, Azırbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin gördükləri humanist və dəyərli işlərin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməliyyatlar üzrə rəhbəri Beata Skwarska da öz növbəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin, xüsusilə, Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən həyata keçirilən fəaliyyətlər və tədbirlərdən bəhs edib, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında olan əməkdaşlığın səmərəli inkişafını qeyd edib.

Tədbirin sonunda Fövqəladə Mobil Könüllü Dəstələrin aktiv üzvlərinə AzQAC-ın Gənclər və Könüllülər şöbəsi tərəfindən hazırlanmış təşəkkürnamələr könüllülərə təqdim olunub.

IMG_4691 IMG_4693 IMG_4700 IMG_4706 IMG_4709 IMG_4726 IMG_4749 IMG_4776 IMG_4802 IMG_4808 IMG_4812

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.