26 dekabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) baş ofisində məktəbli şagirdlər üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında seminar keçirilib. Seminarda Bakı şəhər 200 saylı tam orta məktəbinin 22 nəfər şagirdi və valideynləri iştirak ediblər.
Bu seminarın əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və fəaliyyət istiqamətləri baradə ictimaiyyəti məlumatlandırmaqdır. Sessiyalar zamanı şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilib.
Seminar AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanovanın təşəbbüsü ilə keçirilib.