Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirməyə davam edirlər. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verirlər.
Sessiyalar həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatır.
Belə ki, 2022-ci ilin dekabr ayında AzQAC-ın Sumqayıt, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə rayon bölmələrinin FMKD-nın üzvləri tərəfindən Sumqayıt şəhərinin 10 və 13 saylı məktəblərində, Ağdamın Eyvazlı və Xındırıstan, Füzulinin Mahludlu-2, Qazaxın 2-ci Şıxlı, Bərdənin Mirzəlibəyli, Cəbrayılın 15, 18, 14 saylı məktəblərində, Tovuz rayon Gənclər Evində ümumilikdə 13 yayım sessiyası həyata keçirilib.