Yanvarın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Cəmiyyətin əməkdaşları və könüllüləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında tanışlıq kursu keçirilib. Kursun əsas məqsədi Milli Cəmiyyətə yeni qoşulmuş əməkdaşlar və könüllülər arasında Qızıl Xaç və Qızıl Aypara haqqında bilikləri yaymaq, onun missiyasını, fundamental prinsiplərini və emblemlərini daha yaxşı başa düşməkdən ibarətdir.
Tədbir zamanı iştirakçılar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, komponentləri, fundamental prinsipləri, emblemlər və AzQAC-ın fəaliyyətləri haqqında biliklərini möhkəmləndiriblər. Kursun proqramına təqdimatlar, qrup işləri və müzakirələr daxil idi.