Zəlzələdən zərər çəkmiş qardaş ölkəyə humanitar yardım göstərmək məqsədilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyəm” adlı kampaniyaya start verib. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər. Elektron pul kisəsi vasitəsilə hesab.az saytından ianə edə bilərsiniz. Onlayn bank kartı vasitəsilə ianə etmək üçün bu linkdən https://yardim.et/az/donations/bank/online istifadə etmək olar. Nağd pul vasitəsilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz. SMS vasitəsilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər. Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədilə göndəriləcək. Hüquqi şəxslər, həmçinin bank köçürmə vasitəsilə ianə edə bilərlər.