Qeyd etmək lazımdır ki, 2015-ci il 7-10 Dekabr ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkili və dəstəyi ilə cəmiyyətin cəbhə xətti və digər regionlarından dəvət olunmuş 20 gənc instruktorlar və könüllülər üçün 16 saatlıq «İlk Yardım» tədris proqramı və beynəlxaql psixososioloji dəstək sənədləri üzrə keçirilmiş təlimat bu ilin son təlimatıdır.
Təlimatın əsas məqsədi AzQAC-ın gənc instruktorlar və könüllülərinə İlk Yardım (İY) qaydalarını birdaha xatırlatmaq, onlara praktiki məşğələlər vasitəsilə bilikləri aşılamaq və İY-dan əvvəl, İY aparılan zaman və sonra İlk Psixoloji Yardımın (İYP) göstərilməsi qaydalarını təqdim etməkdir.
Açılış zamanı AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran iştirakçıları salamlayaraq xatırlatdı ki, bu təlimat son təlimatdır, fürsətdən istifadı edərək yenidən imkan yaradılır ki, biliklər təzələnsin, praktiki məşğələlər zamanı tədbiq olunsun və yoxlanılsın. Eyni zamanda iştirakçılara xüsusi olaraq qeyd edildi ki, onlar təlimat zamanı fəallığı nümayiş etsinlər və müəyyənləşdirmək istədikləri suallarla İY, psixososioloji dəstək və İlk Psixoloji Yardım üzrə mütəxəssislərə müraciət etsinlər.
Təlimin İlk Yardıma həsr edilmiş hissəsində iştirakçılar programa uyğun Kritik halların tanınması və Hadisə yerinin yoxlanılması, Zərərçəkənin müayinəsi, İnsan orqanizminin sistemləri, Zəhərlənmənin növləri, Qəfl xəstəlikləri və kritik/şok hallar, Qanaxmalar və Yaralar/Zədələnmələr mövzularından ətraflı məlumat aldılar. Qeyd edildi ki, müəəyən biliklərin əldə edilməsi hər hansısa baş vermiş hadisə zamanı insanın həyatının xilas etməsi və ya alınan zərərin azaldılması üçün köməklik göstərir. Verilən biliklər praktiki məşğələlər zamanı möhkəmləndirdilər: demək olar ki, hər iştirakçıya imkan yaradıldı ki, onlar manikenlər və xüsusi hazırlanmış mülyajlar üzrə süni tənəffüs, ürəyin dolayı masajı, sarğıların, turnaların qoyulması vərdişlərini istifadə etsinlər. Təlimatın İlk Yardıma həsr edilmiş hissəsində iştirakşıların mövzülar əsasında biliklərinin yoxlanılması üçün sorğu-sual əsasında viktorina təşkil olundu və viktorina zamanı iştirakçılar tərəfindən verilən cavablar onların mövzüların mənimsəmə səviyyəsinin yaxşı olmasını bir daha nümayiş etdirdi.
Təlimin Psixososiloji dəstəyə (PD) və İlk Psixoloji Yardıma (İYP) həsr edilmiş hissəsində iştirakşılara ilk növbədə psixososioloji dəstək anlayışı və onun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının işçiləri və könüllülərinə, o cümlədən ümumiyyətlə təbii və texnoqen fəlakətlər, böhranlar zamanı əməliyyatlar aparanlara vacib olması izah olundu. Qeyd edildi ki, müxtəlif şəraitlərdə fəaliyyət göstərərək Hərəkatın işçiləri və könüllüləri müxtəlif rollarda təmsil oluna bilər: bilavasitə zərərçəkənlər, zərərçəkənlərə yardım göstərənlər və zərərçəkənlərin qohumları və tanışları kimi. Ona görə də PD və İPY hamısı üçün lazımlıdır və hər bir səviyyədə göstərilə bilər. Xüsusi olaraq danışılan dəstəyin stress hallarında göstərilməsinin vacibliyi qeyd olundu. İştirakçılara stress haqqında düzgün anlayışlarının olması (müsbət və mənfi tərəfləri, mərhələləri, növləri) üçün təqdimat olundu. Mövzulara dair praktiki məşğələlər zamanı iştirakçılara verilən psixoloji dəstəyin və məsləhətin arasında olan fərqin müəyyənləşdirilməsi, fövqəladə və kritik hallarda, münagişələr zamanı onların göstərilməsinin asand olmadığının dərk edilməsi üçün imkan yaradıldı.
Tədbirin sonun bütün iştirakçılar AzQAC-i və BQXK-nin nümayəndələrinə təlimə və yaranmış şəraitə görə öz təşəkkürlərini bildirdilər. Təlimin aparıcıları AzQAC-ın İlk Yardım üzrə ekspert-məsləhətçisi doktor Şahin Biləndərli, AzQAC İlk Yardım sektorurun rəhbəri doktor Vurğun Həsənov və Psixososiloji dəstək/İlk Psixoloji Yardım üzrə məsul şəxs Elnarə Mehdiyeva iştirakçılara fəaliyyətlərində uğurlar arzuladılar.