Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “PAŞA Bank” ASC ilə birgə və eyni zamanda “Azerbaijan Coca-Cola Bottlers” MMC və “PMD Group” MMC şirkətlərinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş “Novruz Sevinci 2023” adlı layihə çərçivəsində humanitar xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 14-15 mart 2023-cü il tarixləri aralığında Bakı, Xırdalan, Sumqayıt və İsmayıllı şəhərlərində həyata keçirilib.
Layihə çərçivəsində 1,5 tondan artıq humanitar yardım ərzaq məhsullarının 130 ailəyə və nəticə etibarı ilə təxmini 390 şəxsə çatdırılıb. Qeyd edək ki, hər bir qutuda 11 kq-dan artıq, ailə tərkibi, əsasən, 3-5 nəfərdən ibarət aztəminatlı ailələrə və tənha qocalara Novruz bayramı süfrəsi açmaq üçün nəzərdə tutulan müxtəlif çeşidlərdə və sayda şirniyyat, şirə, çərəz və həmçinin səməni ilə dolu ərzaq qutuları paylanılıb.