10-12 may 2023-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə olaraq keçmiş təmas xəttinə yaxın olan kəndlərdə “Silahların yaratdığı təhlükələr” mövzusunda Tərtər rayonunun Borsunlu kəndində mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr və təhlükə ilə qarşılaşıldığı zaman atılacaq addımlar haqqında yayım sesiyası həyata keçirmişdir. Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, Tərtər rayon bölməsinin sədri Etibar Heydərov və rayon bölməsinin könüllüləri iştirak etmişlər.