IMG_7548

2 Günlük Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə Seminarının ilk günü yekunlaşıb

 

18-19 May 2023-cü ildə Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) dəstəyi ilə Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə Seminarı keçirilmişdir.

Seminarın məqsədi Fəaliyyət Planının (FP) birinci ilində hazırlığın gedişatını nəzərdən keçirmək və bu günə qədər əldə edilmiş bütün nailiyyətləri sənədləşdirmək, indiyədək AzQAC çərçivəsində NPVY-nın tətbiqi və hər kəs tərəfindən qəbuledilməsi təcrübəsini nəzərdən keçirmək, əsas NPVY hazırlığı sahələrində güclü və zəif tərəfləri müəyyənləşdirmək və yenilənmiş FP çərçivəsində ikinci ilin fəaliyyətlərini prioritetləşdirmək olmuşdur.

AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə seminar iştirakçılarını AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun, rəhbərliyin, könüllülərin və Cəmiyyətin çoxsaylı üzvləri adından salamladı. O, açılış çıxışında BQXQACF-in NPVY üzrə fəaliyyətlərin Milli Cəmiyyət üçün diqqətə dəyər bir uğur olduğunu xüsusi vurğuladı.

“Bütün bu illər ərzində geriyə dönüb baxdığımız zaman hansı çətin mərhələlərdən keçdiyimizi görürük. Statistikalara baxdığımız zaman uğurlu sayıla biləcək rəqəmlər görürük. Bu rəqəmlər davamlı gedən prossesin nəticəsidir. Düşünürəm ki, bu proqramın indiyə qədərki uğuru  gələcəkdə də davam etdirilməsinə zəmin yaradır”.

BQXQACF-ın Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar Günel də öz növbəsində layihənin önəmindən və uğurundan söz açıb.

“Bu layihənin önəmini biz ortaya çıxardığımız bazar araşdırmasından görürük. Həm ehtiyac sahiblərinin, həm də Milli Cəmiyyətin bu layihədə xeyli dərəcədə məmnunluğunu görürük. Nağd yardımlar digər yardım vasitələrinə nisbətən daha az riskli, daha şəffaf və sürətli həyata keçir. Bu layihə çərçivəsində hədəf qrupumuzda olan ehtiyacı olan insanlarla çox rahat şəkildə əlaqəyə keçdik və xeyli sayda insana yardımlar göstərdik. Layihənin uğurlu olmasını nəzərə alaraq, bu bilikləri daha da genişləndirərək Milli Cəmiyyətdə güclü dayanaq yarada bilərik”.

Daha sonra, BQXQACF-ın NPVY Nümayəndəsi Hanifi Kınacı standart NPVY haqqında ümumi məlumat vermiş və Nuranə Qasımzadə ilə birlikdə hazırlıq və nailiyyətlər üzrə birinci ilin icmalı müzakirə edilmişdir.

Seminarda humanitar sahədə fövqəladə hallara, təbii fəlakətlərə və böhranlara cavab olaraq müdaxilə üsulu kimi nağd pul və vauçer yardımı (NPVY) təcrübəsinin Milli Cəmiyyətlərdə yenilənməsinin və qurulmasının vacibliyi, eləcə də  2021-ci ildə Milli Cəmiyyətlərin maliyyələşdirilməsini təmin etmək üçün regionda səylərin və resursların birləşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Daha sonra tədbir iştirakçıları Rəhbərliyin öhdəliyi; Proseslər, Sistemlər və Alətlər; Maliyyə, İnsan Resursları və Bacarıqlar; Təsirlənmiş Əhali qarşısında Məsuliyyət, Koordinasiya və Tərəfdaşlıq Sahə; Test etmə, öyrənmə və təkmilləşdirmə sahələri üzrə müvafiq olaraq 5 qrupa bölünərək müzakirələr apardılar. Yekun olaraq, qrupların təqdimatları dinlənildi və  düşüncələri müzakirə edildi.

IMG_7614 IMG_7635 IMG_7638 IMG_7639 IMG_7640 IMG_7641 IMG_7656 IMG_7696 IMG_9339 IMG_7523 IMG_7544 IMG_7548 IMG_7566 IMG_7605 IMG_7609

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.