18-19 May 2023-cü ildə Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) dəstəyi ilə Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə Seminarı keçirilmişdir.
Seminarın ikinci günü öncəki günün xülasəsi, iştirakçıların düşüncələri və suallarının müzakirəsi ilə başlayıb, qrup müzakirələrinin yekunlaşdırılması ilə davam etdi. Ardınca Azərbaycanda NPVY üzrə SWOT analizi, əsas prioritet tədbirlərin müəyyən edilməsi və AzQAC NPVY hazırlıq fəaliyyəti planının yenilənməsi mövzularında qrup işləri təşkil edildi.
Daha sonra AzQAC-ın İcraçı Rəhbəri Ceyhun Mirzəyev öz çıxışında seminarın uğurlu təşkilindən, NPVY-nın Milli Cəmiyyət üçün vacibliyindən və AzQAC-ın bu istiqamət üzrə gördüyü işlərdən söz açaraq, bu layihənin uzun müddət davam edəcəyinə inandığını bildirib.
Seminarın plenar sessiyasında qruplar üzrə hazırlanan FP komponentləri təqdim edildi, əsas prioritetlər haqqında danışıldı.
Seminar iki günün icmalının təhlili, gələcəkdə bu sahə üzrə atılacaq addımların müzakirəsi və yekun fikirlərin səsləndirilməsi ilə yekunlaşdı.