IMG_7889

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan təlimdə iştirak edib

19 May 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri, icraçı katibin müavini Elşən Səlimzadə və AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan təlimdə iştirak edib. Təlimə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Mariatu Yap, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab və qətərli zabitlərdən ibarət bir qrup iştirak edib.

Təlimin məqsədi fövqəladə hallara cavab vermənin gücləndirilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, böhranlarla mübarizə üzrə qurumlararası əməkdaşlığın genişləndirilməsidir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzi, yanğın-xilasetmə qurumlarının avadanlıqları və texnikası, mobil səhra hospitalı və çadır şəhərciyi də daxil olmaqla çeşidli imkanlar istifadə olunub.

Təlimdə AzQAC-ın fövqəladə mobil könüllü dəstəsi aktiv iştirak edib. Təlim zamanı FMKD dəstə baş verən hadisələrə çevik və dayanıqlı cavab tədbirləri ilə yadda qalıb. Hadisə yerinə xüsusi ilk yardım avtomobili ilə daxil olan AzQAC könüllüləri, yaralılara xərəklərə alaraq, ən yaxın ilk yardım çadırına aparmış və orada ilk yardım tədbirləri görmüşdür.

IMG_7909 IMG_7901 IMG_7889 IMG_7857 IMG_7853 IMG_7850 IMG_7846 IMG_7844 IMG_7841 IMG_7838 IMG_7749 IMG_7787 IMG_7833

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.