AzQAC-ın Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və Miqrasiya şöbəsinin Azərbaycan dili müəlliməsi Sona Hacıyevanın dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirilib.
“Azal Günü” adlı böyük bayramda miqrant və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün böyük bayram təşkil etdi. Tədbirdə şəhid övladları uşaq evləri, fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar və həmçinin ölkəmizdə olan miqrant uşaqlar müsabiqələrdə, master klaslarda və digər oyunlarda iştirak ediblər.
Bu tədbir uşaqlar üçün həm əyləncəli, həm də məlumat dolu oldu: onlar aviasiyanın ecazkar dünyası ilə tanış oldular. Nahardan sonra uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Ikinci bir tədbirdə isə “Green Start Academy” və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Pullman” hotelində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş maarifləndirici və əyləncəli proqram təşkil edilib. Bu tədbirdə əsasən fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar çoxluq təşkil edirdilər. Onların ifasında gözəl mahnılar, rəqslər, şeirlər, səhnəciklər iştirakçılarda məmnunluq yaratdı. Miqrant uşaqların da mükəmməl Azərbaycan dilində söylədikləri şerlər dinləyənləri heyran etdi.
AzQAC-ın Miqrasiya şöbəsinin Azərbaycan dili müəlliməsi Sona Hacıyevanın və dəvət olunmuş psixoloq, həkim və birlik rəhbərlərinin uşaqların təhsili, davranışı və inkişafı barədə söylədikləri fikirlər alqışlarla qarşılandı.