06.06.2023(1)

AzQAC-nin əməkdaşı Budapeştdə Milli Cəmiyyəti təmsil etmişdir

29-31 may, 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində zərərçəkmiş Ukraynalılara nağd pul yardımı ilə bağlı seminar keçirilib. Seminarda həssas qrupların qeydiyyata alınması üçün yaradılmış ACCESS RC 2.0 tətbiqi ilə tanışlıq, praktiki istifadənin təkmilləşdirilməsinə yönəlmiş bir neçə sessiya və seminarlar baş tutub.

İlk günün seminarı zamanı iştirakçılara konfiqurasiya edilmiş tətbiq haqqında ümumi məlumat verilib, burada onlar öz hesablarını yükləyib qeydiyyatdan keçirək demo versiyasını təcrübədən keçiriblər və bu sistemlə yardım üçün necə müraciət etməyi, eləcə də gələn məlumatların təmizlənməsi araşdırılması və sitemin bir çox funksiyalarını öyrəniblər. Əlavə olaraq, 2.0-tətbiqinin Milli Cəmiyyətin proqramları ilə əlaqələndirilməsi, müraciət prosesi ilə tanışlığı əks etdirən qrup işləri və müzakirələr aparılmışdır. İştirakçılar bu modelin öz Milli Cəmiyyətlərində uyğunluğu haqqında düşüncələrini paylaşmış, bu modelin uğurlu olması üçün onlara lazım olan insan resursları, liderlik və maliyyə resurslarının mövcudluğu barədə fikirlərini bölüşüblər.

Sessiya zamanı, fövqəladə hallara effektiv cavab vermək üçün yenilənmiş nağd pul hazırlığı alətləri haqqında təqdimatlar edilmiş və uğurlu Milli Cəmiyyətlər cari NPVY Hazırlığı proqramlarından nümunələr təqdim etmişlər.

Növbəti günün sessiyası NPVY icmasının iştirakı və hesabatlılığından öyrənilmiş dərslərə, ardınca NPVY maliyyəsinə, logistika, informasiyanın idarə edilməsi üzrə öyrənilmiş dərslərə həsr edilib.

Üçüncü günün Seminarı zamanı iştirakçılar NPVY sahəsində öz Milli Cəmiyyətlərini maraqlandıran sahələri və potensialın artırılması üçün prioritetləri müəyyən ediblər.  İştirakçılar regional NPVY koordinasiyası və texniki dəstək, eləcə də QXQAH Cash Hub (NPVY platforması) xidmətləri ilə tanış olublar.

Bundan əlavə sessiyalarda əsas diqqət NPVY üzrə MC-lərin təcrübələrini bölüşməsi üçün “Təcrübə Birliyi” qrupunun yaradılması, prioritetlərinin və gələcək istiqamətin müəyyənləşdirilməsinə yönəldilib. Burada iştirakçılar 2023-cü il üçün Təcrübə Birliyi üçün əsas fəaliyyətləri müəyyənləşdirdilər və yaradılması nəzərdə tutulan bu platformanın iş metodları barədə razılığa gəliblər. Nəhayət, sessiyalar seminarın qiymətləndirilməsi və gələcək fəaliyyətlərin müzakirəsi ilə yekunlaşıb.

Bundan əlavə, seminar zamanı NPVY Hazırlığı üzrə uğurlu MC kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətini təmsil edən, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, NPVY üzrə Məsul şəxs Nuranə Qasımzadə NPVY hazırlığının keçdiyi yol və nailiyyətlər haqqında təqdimatla çıxış edib. Bu təqdimat zamanı Milli Cəmiyyətin Avropa region üzrə Maliyyə Xidməti Təminatçısı (MXT) ilə Çərçivə Müqaviləsinin olması və NPVY Hazırlığına və potensialının yaradılmasına Cəmiyyətin rəhbərliyinin güclü dəstəyi kimi məqamların işıqlandırılması tədbirin fasilitatorları tərəfindən yüksək qiymətləndirilib. Qısa zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hazırlıq prosesində böyük uğurlara nail olması seminar iştirakçıları tərəfindən müsbət qarşılanıb, Yardım Sonrası Monitorinq (YSM) hesabatları nümunə kimi iştirakçılarla paylaşılıb.

06.06.2023(1) 06.06.2023(7) 06.06.2023(2) 06.06.2023(6) 06.06.2023(5) 06.06.2023(4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.