2015-ci il dekabrın 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və eyni zamanda “Atena” MMC-nin birgə təşkilatçılığı ilə “Atrium” Uşaq Əyləncə Mərkəzində valideyn himayəsindən məhrum olmuş 50 uşaq və yeniyetmə üçün musiqili əyləncəli yeni il şənliyi keçirildi. Şənliyə giriş sözü ilə başlayan AzQAC-nin Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva qonaqları salamlayaraq bu tədbirdə əməyi keçən hər bir şəxsə öz minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan Beynəlxalq Məktəbinin tələbələrinə AzQAC-nin prezidenti, millət vəkili Dr.Novruz Aslanovun imzası ilə humanitar missiyada Milli Cəmiyyətə göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim olundu Bir neçə saat davam edən şənlik proqramında ilin siması olan Şaxta Baba uşaqlarla görüşə gələrək onlara müxtəlif bayram hədiyyələri təqdim etdi.
Xeyriyyə proqramı M. Maqomayev adına 26 saylı Musiqi Məktəbinin tələbələri tərəfindən təqdim olunan musiqi ifaları ilə davam etdirilmişdir