Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilin əziz günlərində xüsusi bayram tədbirləri həyata keçirir.Adi günlərdən fərqli olaraq bayram ərəfələrində Cəmiyyətin qeydiyyatında olan ehtiyaclı insanlarla görüş keçirilir,Cəmiyyət rəhbərliyinin bayram təbrikləri çatdırılır və humanitar yardımdan ibarət bayram sovqatı onlara paylanılır. Belə tədbirlərdən biri də 23.12.2015-ci il tarixdə həyata keçirildi. Hər həftənin çərşənbə günü QAC-nin Bakı RM-də vətəndaşların qəbulu keçirildiyini nəzərə alaraq 35 nəfər tənha və kimsəsiz qocalar həmin gün dəvət olunaraq 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Cəmiyyətin Vitse-prezidenti Hacı Ramazan Sultanov ilk öncə QAC-nin prezidenti,millət vəkili cənab Novruz Aslanovun bayram təbriklərini onlara çatdırdı və qeyd etdi ki,ərzaqdan ibarət bu yardımlar Cəmiyyətin daxili imkanları hesabına hazırlanan bayram sovqatlarıdır. Daha sonra tədbirdə iştirak edən Cəmiyyətin humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov, QAC-nin Nərimanov rayon bölməsinin sədri Esmira Sadıxova RM-nin ilk yardım üzrə koordinotoru Nurgül Hadıyeva humanitar yardımların paylanışını təşkil edərək həyata keçirdilər. Tədbir xoş əhval ruhiyyə ilə yekunlaşdı.