Изображение 204

“Ehtiyacın varsa al, ehtiyacın yoxsa əl tut!” kampaniyası adı altında xeyirxah aksiya keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi, AzQAC Sabunçu rayon bölməsinin  birgə təşkilatçılığı ilə Sabunçu rayonunda evlərdə yaşayan gənc əlil ailələrinə və Qızıl Aypara Cəmiyyətinin sosial cəhətdən çox zəif olan könüllülərin ailələrinə “Ehtiyacın varsa al, ehtiyacın yoxsa əl tut!” kampaniyası adı altında tədbir keçirildi. Bu kampaniyaya dəstək olaraq, adının çəkilməsini istəməyən iş adamı ehtiyacı olan bu insanlara ət payı və cürbəcür şirniyyatlarla humanitar yardım etmişdir.

Tədbir 15 yanvar 2016-cı il tarixində Sabunçu rayon bölməsində baş tutmuşdur.

Sonda tədbirdə iştirak edən gənc əlillərin ailələri və könüllülər tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, humanitar yardımı edən həmin şəxsə, AzQAC Sabunçu rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririkИзображение 190 Изображение 191 Изображение 193 Изображение 194 Изображение 195 Изображение 196 Изображение 198 Изображение 205 Изображение 207

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.