P1070721

“1 mart sıfır-ayrıseçkilik” günü qeyd edildi.

BMT tərəfindən 1 Mart “Sıfır-ayrıseçkilik” günü kimi qeyd edilir. Dünyanın hər bir yerində bu günü qeyd etmək üçün insanlar  birləşirlər. Bu ilin şüarı “Özün ol!” –bu o deməkdir ki,  biz  hər birimizi vicdanlı və ədalətli cəmiyyətin müdafiəsinə qalxmağa çağırırıq.  Bununla bağlı, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun  “Həssas qruplardan (zavallı) olan ınsanların    hüquqları  pozulda  və  onlar  ayrıseçkiliklə üzləşəndə, bu bizim hamımızı  təhqir edir.  Birləşmiş Millətlər təşkilatı insan hüquqlarının qorunması və bütün insanların ləyaqətinin qorunmasında qətiyyətlə sadiqdir” sözlərlə cəmiyyətlərdı ayrıseçkiliyə qarşı çıxış etməyə çağırır.

Cəmiyyərdə insanlar mədəni müxtəlifliyini tanımaq, mövcud olan fərqləri başa düşmək, hər bir kəsin  bilik  və bacarığını  qiymətləndirməklə,  bir-birinə hörmət etmək və dəstək olmalıdırlar.  Bu qabiliyyətlər cəmiyyəti zənginləşdirir və onu birləşdirir. Müxtəlifliyin təşviqi,  onun formaları bütün sosial birliyini möhkəmləndirir və bütün dünyada ölkələr üçün böyük üstünlüklər verir.

2000-ci ildə BMT-ın Minilliyin İnkişafı Proqramı çərçivəsində (dünyanın 193 ölkəsinin iştirakı ilə)   qəbul olunan səkkiz məqsədlərdən biri İİV/QİÇS-lə mübarizədir. Bu mübarizəyə İİV/QİÇS-lə yaşayan insanların ayrıseçkiliyə, ölüm hallarının sifira endirmək kimi məsələlərinə yönnəldilən  fəaliyyətlərin geniş şəkildə həyata keçirilməsi daxildir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz imkanlarını və insanlığın gücünü səfərbər edərək,  zavallı insanlara xidmət etmək  missiyasına sadıq qalaraq, qərəzsizlik prinsipinə əsaslanaraq,  1 Mart “Sıfır ayrıseçkilik” gününü ilə bağlı  Cəmiyyətin  Nəsimi Rayon Bölməsinin sədri Məftun Quluzadənin yüksək təşkilatçılığı, Sağlamlıq və qayğı, Miqrasiya şöbələrinin nümayyəndələri və könüllülərinin birgə iştirakı ilə Azərbycan Respublikası Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzində müalicə olunan xəstələr üçün tədbir təşkil olunmuşdur. Tədbirdə AİDS-lə Mübarizə Mərkəzinin baş həkimi Esmira Alməmmədova AzQAC ilə uzun illər ərzində sıx əməkdaşlığı vurğulayaraq,  bütün kollektivə İİV/QİÇS-lə olan xəstələrə ayrıseçkiliyə qarşı çıxış edib,  insanlığa hörmətlə yanaşıb  tədbir təşkil etdikləri üçün öz təşəkkürünü bildirdi. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova Cəmiyyətin 7 prinsiplərə əsasən (qərəzsizlik prinsipini xüsusi vurğulamaqla) ölkədə həyata keçirilən fəaliyyətlər barədə tədbir iştirakçılarına məlumat verdi.  Tədbirə çəlb olunan  musiqiçilər  konsert proqramı ilə xəstələrin qarşısında çıxış etdilər. Bununla yanaşı, xəstələr  təşkil olunan çay süfrəsi arxasında AzQAC işçi heyyəti və könüllüləri ilə səmimi söhbət edib, öz xəstəlikləri ilə bağlı cəmiyyətimizdə hələ də ayrıseçkiliyə məruz qalmaları barədə fikirlər səsləndirmişlər. AzQAC Miqrasiya şöbəsinin nümayyəndəsinin xəstələrə önvanlanan fikirləri onlara müsbət ruhlandırıcı təsir baxışladı. Belə bi şəraitin yaranması xəstələrin əhval ruhiyyələrinə müsbət təsir etdi, uzun müddət öz xəstəlikləri ilə üz-üzə olan, mübarizə aparan xəstələrin üzündə təbəssüm gördük. Bununla bağlı, xəstələr AzQAC-nə  tədbiri təşkil etdiklərinə görə, eyni zamanda AİDS-lə Mübarizə Mərkəzinin bütün işçilərinə təşəkkür etmişlər. Sonda isə AzQAC-in və AİDS-lə Mübarizə Mərkəzinin işçi heyyəti  ayrıseçkiliyə qarşı çıxış edərək,  BMT, UNAİDS tərəfindən  hazırladığı üzərində “Sıfır- ayrıseçkilik” sözləri yazılan vərəqələrlə şəkil çəkdilərP1070729 P1070738 P1070740

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.