12821434_1693532370914011_6500859563736602454_n

“Xaçmaz rayonunda baş tutan xeyriyyə aksiyası”

12 mart 2016-cı il tarixində AzQAC Nizami rayon bölməsinin sədri Rəna İbrahimovanın təşkilatçılığı ilə “Funda” Tibb Mərkəzinin tibb personalı tərəfindən Sumqayıt Regional Mərkəzinə daxil olan AzQAC Xaçmaz, Şabran rayon bölmələrinin qeydiyyatında olan  imkansız ailələrin vətəndaşları tibbi müayinə olunmuşdular.  Xeyriyyə aksiyasında Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova da iştirak edirdi.  “Funda”  Tibb Mərkəzinin həkim-pediatrı Kənan Qarayevin başçılıq etdiyi tibb personalına kardioloq, pediatr, nevroloq, USM, lor, labarator xidməti daxil olmaqla 15 nəfərdən ibarət heyətin iştirakı ilə 76 nəfər imkansız ailədən olan uşaqlar və yaşlılar tibbi müayinə və təyinat olunmuşdur. Müayinə Xaçmaz rayonunda yerləşən N – Kay-M klinikasında baş tutmuşdur. Bir çox imkansız xəstələrə elə yerindəcə yaxında yerləşən əczaxanadan dərmanlar alınıb verilmişdir. Aksiyanın sonunda xeyriyyə aksiyasında əməyi keçən bütün həkim heyətinə AzQAC  Nizami rayon bölməsinin sədri Rəna İbrahimova və Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova öz təşəkkürünü bildirmişdi.10400016_1693532230914025_4823663059491300817_n 10421279_1693532144247367_3678803333767480305_n 12809539_1693532290914019_1098106830853426318_n 12814175_1693532164247365_617582832083055752_n 12814441_1034123036631439_2231126188123775256_n 12832343_1693532777580637_2015821263253197452_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.