Milli “Novruz” Bayramı münasibəti ilə ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz humanist missiyasına sadiq qalaraq bir sıra silsilə tədbirlər həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı, cənab Novruz Aslanovun təşəbbüsü ilə keçirilən bu tədbirlərdə əsas məqsəd sosial durumu aşağı olan məcburi köçkün, miqrant və o cümlədən, tənha, kimsəsiz ahıl yaşlı insanları bu əlamətdar gün münasibəti ilə təbrik etmək və onlara humanitar yardımları çatdırmaqdır.
Azərbaycan respublikasında da Azərbaycan Qızıl Aypara Cəmiyyəti miqrasiya ilə bağlı proqram və layihələri geniş spektrdə uğurla həyata keçirməkdədir. Mütəmadi olaraq ehtiyaclı insanlar, o cümlədən, ölkə ərazisinə pənah gətirmiş yoxsul miqrant ailələri Az QAC-ın Bakı ofisinə müxtəlif problemlərlə bağlı müraciətlər edirlər. Bu müraciətlərə baxılaraq münasib qaydada müvafiq həll yolunu tapır.
Bu böyük işin bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi ilə birgə (AzQAC) Katibliyinin konfrans zalında Novruz bayramı münasibətilə 2016-cı il martın 16-da saat 15:00-da 6 miqrant ailəsi ilə görüş keçirərək onlara bayram təbrikləri ilə cəmiyyət tərəfindən bayram sovqatı paylanmışdır.
Tədbirdə AzQAC rəhbərliyi adından İcraçı Katibin müavini Şaban Şayev, Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsinin Qaçqınlıq Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Namik Cəfərov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov iştirak etdilər.Miqrantlar təbrikə və bayram sovqatına görə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı, cənab Novruz Aslanova və AzDMXİ-nin rəisi Firudin Nəbiyevə təşəkkürlərini bildirdilər.
Miqrantlar təbrikə və bayram sovqatına görə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı, cənab Novruz Aslanova və AzDMXİ-nin rəisi Firudin Nəbiyevə təşəkkürlərini bildirdilər.