Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsi hər il olduğu kimi bu il də 8 mart Qadınlar gününü və milli bayramımız olan Novruz bayramını qayğıya ehtiyacı olanlarla qeyd edərək bayram sevincini paylaşır. Cəmiyyətin Miqrasiya şöbəsinin miqrantlarla Azərbaycan dili müəllimi miqrantlara Martın 7-də qadınlara həsr etmiş, qadının, ananın cəmiyyətdəki rolundan danışmış və onlara təşkil etdiyi şirniyyat süfrəsi ilə təbriklərini çatdırmışdır. Müdavimlər anaya, qadına, ana vətənə aid şerlər söyləmişlər, və bu mövzuda uşaq təxəyyülü ilə şəkillər çəkmişlər. Sona müəllimə Novruz Bayramının özəlliyindən , adət-ənənələri, çərşənbələr və onun Azərbaycan xalqının həyatındakı yerindən danışdı. O, şərq xalqlarının Novruz adət və ənənələrindən misallar çəkərək bu bayramın xalqlar arasında bir mədəni bağ olduğunu dilə gətirdi.Əfqan, iranlı, pakistanlı və suriyalı, yəmənli ərəb müdavimlər də öz bayramlarından danışdılar.
Tədbirdə Novruza, bahara, təbiətə aid Azərbaycan, əfqan, ingilis və fars dillərində şerlər oxundu. Tədbirdə miqrant uşaqlara Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Dram Teatrında keçiriləcək bayram tədbirində iştirak üçün AzQAC tərəfindən hədiyyəli bilet təqdim edildi