P1070811

15 Mart-Ümumdünya sosial iş günü qeyd edildi

Cəmiyyətmizdə son illərdə sosial iş haqqında çox danışılır və demək olar ki, artıq hər bir sahədə buna olan tələbata rast gəlirik.

Hər il  dünyada mart ayının 3-cü çərşənbə günü  Ümumdünya Sosial iş Günü kimi qeyd edilir. 2016-cı ildə bu gün 15 mart tarixinə təsadüf edir və “Cəmiyyətlər bütün insanların haqqına və  ləyaqətinə hörmətlə yanaşıldıqda inkişaf edirlər şüarı altında keçirilir”.

Bu günün qeyd olunması Sosial işçilərin Beynəlxalq Federasiya (International Federation of Social Workers)  və  Sosial iş Məktəblərinin Beynəlxalq Assosiasiyasının (International Association of Schools of Social Work) təşəbbüsü ilə qərara alınmışdır.  Bu qərar 79 milli sosial işçilər assosiasiyalar tərəfindən dəstəklənmişdir.

27 iyun 2001-ci ildə Kopenhagen şəhərində Sosial iş Məktəblərinin Beynəlxalq Assosiasiyası tərəfindən qəbul olunan  sosial işin tərifinə görə: “sosial işçilərin professional fəaliyyəti sosial dəyişikliyə, insan münasibətləri problemlərin həllinə, cəmiyyətdə azad funksional yaşaması və azad rifahın yüksəlməsi məqsədilə onların imkanlarının gücləndirilməsinə kömək edir. İnsan davranışı və içtimai sistemlər nəzəriyyələrini istifadə edərək, sosial iş insanların öz mühit ilə qarşılıqlı əlaqələrin qurulmasına kömək edir. Insan hüquqları və sosial ədalət prinsipləri sosial işin əsasını təşkil edir. ”

Ümumdünya Sosial iş Günün qeyd edilməsinin məqsədi – sosial işçilərin həyata keçirdiyi fəaliyyəti, cəmiyyətin inkişafına verdiyi töhfələr,  xidmət göstərdiyi ahıllar, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin mövcud oıduğunun vacibliyini yada salmaqdır.

Azərbaycan Sosial İş İçtimai Birliyi tərəfindən 15 Mart  Ümumdünya  Sosial Günü ilə bağlı tədbirlər təşkil olunmuşdur.  Belə ki,  15.03.2016 il tarixində İçtimai Birliyin üzvü Elnur Musayevin təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment İnstitutunda sosial iş üzrə təsil alan tələbələrlə görüş təşkil olunmuşdur. Tədbirə dəvət olunan AzQAC-in  “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova Cəmiyyətin sosial işə yaxın olan tibbi-sosial, humanitar sahələrdə həyata keçirdiyi fəaliyyətlər barədə geniş prezentasiya ilə çıxış etmişdir. Digər tədbir mart ayının 16-da Azərbaycan Sosial İş İçtimai Birliyi, SOS Uşaq Kəndləri- Azərbaycan və Azərbaycanda sosial iş üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunmuşdur. AzQAC nümayyəndələri (Yasamal RB sədri Şahin Hüseynov, Sabunçu RB sədri Elmira Məlikova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva) tədbirdə iştirak etmişlər.  Tədbirdə Sosial iş üzrə müxtəlif təhsil müəssisələrdə təhsil alan tələbələr sosial işin təbliğatı ilə bağlı çıxışlar təqdim etmişlər. Bununla yanaşı tədbirdə sosial iş üzrə  dövlət və QHT tərəfindən həyata keçirilən fəaliyyətlər barədə əməkdaşlığın vacib olduğu vurğulanmışdır. Tədbirdən sonra bir qrup tələbə AzQAC-in könüllüsü olmaq arzusunu bildirmişlər.20160316_174159 P1070806 P1070808 P1070815

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.