“Azərikimya” İB və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə bölmənin qeydiyyatında olan ehtiyaclı, tənha-kimsəsiz, aztəminatlı ahıllara, veteranlara Novruz sovqatı paylanılmışdı.
Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə iştirak edən ahılları Novruz bayramı münasibəti ilə təbrik edərək onlara can sağlığı arzu etdi və dövlət başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan danışdı. Azertexnolayn MMC-nin direktoru Vüsal Ruzmanov da ahııları təbrik etdi və bayram sovqatlarında onların da payları olduğu üçün məmnunluq hissi keçirdiyini bildirdi. Sonra söz alan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da ahılları təbrik edərək qeyd etdi ki, 6 aydır ki, şəhərimizə təyin olunan icra başçımız cənab Zakir Fərəcovun şəhərimizdə gördüyü quruculuq abadlıq işləri hər bir sumqayıtlının ürəyində daha yaxşı yaşamaq, qurub yaratmaq həvəsi yaradır. Həmçinin, şəhər rəhbərinin Sumqayıtda müxtəlif sahələrdə çalışan insanlara, ələxüsus da ağsaqqallara, veteranlara, şəhid ailələrinə göstərdiyi qayğı göz önündədir. Belə ki, bayram ərəfəsində 1000 nəfərə qədər ağsaqqallara,veteranlara, 500 nəfərə yaxın isə şəhid ailələrinə icra hakimiyyəti tərəfindən tədbirlər keçirilmiş və bayram sovqatları paylanılmışdır. Biz ayparaçılar da müraciətimizə cavab verən “Azərikimya” İB, Azərtexnolayn MMC və xeyirxah insanların dəstəyi ilə bayram ərəfəsində 360 nəfər ahıllara və sağlamlıq imkanları məhdud olan uşaqlara bayram sovqatları hədiyyə etdik. O, fürsətdən istifadə edərək bayram ərəfəsində dəstək olan bütün xeyriyyəçilərə təşəkkürünü bildirdi.
Bundan sonra hazırlanan ərzaq bağlamaları dəvətli ahıllara paylanıldı. Tədbirdə iştirak edə bilməyən ahıllara bayram sovqatları könüllülər tərəfindən evlərində çatdırıldı.