P1080192

Sabunçu rayonunda məktəbdə psixi sağlamlığın qorunmasına dair maarifləndirici tədbir keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tərifinə görə,   sağlamlıq  insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

Psixi sağlamlıq dedikdə tək psixi pozuntular nəzərdə tutulmur. Demək olar ki, belə pozuntusu olmayan insanların əksəriyyətində də psixi problemlər var.

Psixi sağlamlıq hər bir fərdin öz qabiliyətlərini reallaşdıra biləcəyi, adi həyat stresslərinin (psixoloji gərginliyin)  öhdəsindən gəldiyi, səmərəli çalışa bildiyi salamatlıq və əmin-amanlıq vəziyyətidir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, bioloji və psixoloji amillərdən asılıdır.

Son zamanlar cəmiyyətdə psixi sağlamlıq mövzusuna (şəxsiyyətlər arasında  münaqişə, məktəbdə xoşa gəlməyən hallar və s.) tez-tez müraciət olunur. Bir çox hallarda insanlar psixi pozuntu zamanı yalnış addımlar atır, bununla da daha da gərgin vəziyyətə düşürlər. Demək olar ki, əhali psixi sağlamlıq haqqında kifayət qədər  məlumatlı deyil.

Ümumdünya Səhiyyə Təşkilatının Qeyri yoluxucu Xəstəliklərinin  qarşısının alınmasına dair hazırladığı tövsiyyələrdə, psixi sağlamlığın qorunmasına da önəmli yer ayrılır.  Bunu əsas tutaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ölkə ərazisində əhalinin sağlamlığın qorunması sahəsində həyata keçirilən maarifləndirilmə fəaliyyətlərinə psixi sağlamlıq mövzusu da daxildir. Bununla bağlı,  AzQAC-in  Sağlamlıq və qayğı şöbəsinin əməkdaşları və könüllüləri “İlk Psixoloji yardım”, “Stressin idarə olunması”, “Ünsiyyət qurmaq bacarıqları” və s. kimi  mövzulara dair elmi əsaslı təlimatları istifadə edərək, əhali arasında  məlumatlandırma yönümlü tədbirləri həyata keçirirlər. Belə ki,  may ayının 20-də AzQAC Sabunçu Rayon Bölməsi tərəfindən Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəbində  şagird və valideynlərə psixi sağlamlıq mövzusunda seminar  təşkil  olunmuşdur.  AzQAC İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova və könüllü psixoloq Aygün  Cəfərova seminarda  iştirak edən 9-11 sinif şagirdlərinə fiziki və psixi sağlamlıq mövzusuna dair geniş məlumatlar təqdim etmişlər. Şagirdlər psixi sağlamlığa aid onlara verilən tapşırıqları həvəslə və maraqla etdilər. Həmin gün məktəbin 1-ci sinif şagirdlərinin valideynləri (analar) ilə də görüş keçirildi. Onlara uşaqların psixi inkişafı ilə bağlı məlumatlar, tərbiyyə prosesində yaranan problemlər və digər  vacib məqamlar vurğulanaraq, çatdırıldı. Həm şagirdlər, həm də valideynlər belə  görüşlərin təkrar olunması istəklərini bildirmişlər.P1080147 P1080167 P1080168 P1080198

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.