foto (4)

Sumqayıtda “AİDS-lə bağlı testdən keç və təhlükəsiz yaşa!” mövzusunda tədbir keçirildi

3 iyun  2016-cı  il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə “AİDS-lə bağlı testdən keç və təhlükəsiz yaşa!” mövzusunda maarifləndirici  seminar  və könüllü  “skrininq test” müayinəsi keçirilmişdi.foto (8) foto (22) foto (24) foto (29) foto (70) foto (73)15 may “İİV/QİÇS-dən dünyasını dəyişən insanların anım günü”nə həsr olunan tədbirin keçirilməsində məqsəd “Azərikimya”  İB-nın əməkdaşlarına  QİÇS-in yaranması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsulları  barədə məlumat vermək idi.

Tədbiri giriş sözü ilə İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq,  QİÇS virusu barədə təbliğatın əhəmiyyəti barədə söz açmışdı. Səhiyyə Nazirliyinin nəzdində olan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ceyhun Nəcəfov İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcə də Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar verdi. Mərkəzin mütəxəssisi epidemioloq Cavid Cahangirli isə QİÇS virusunun ötürülmə yollarından, profilaktikasından və virusdan müdafiə üsullarından bəhs etmişdir. Daha sonra çıxış edən açan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmiş və insanlar arasında İİV/QİÇS virusu barədə maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdı.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tibbi heyəti tərəfindən aparılan könüllü  “skrininq test” müayinəsində “Azərikimya” İB-nın 160 nəfərədək əməkdaşı iştirak etmişdi. Tədbir əsnasında AzQAC Sumqayıt bölməsinin könüllüləri tərəfindən iştirakçılara maarifləndirici bukletlər və braşuralar paylanılmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.