Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ramazan bayramı tədbirlərini davam etdirir. 08.07.2015 ci il tarixində AzQAC-nin Nizami rayon bölməsi Sambo Federasiyasinin vitse prezidenti Haci Səbuhi Rəcəbin maliyyə dəstəyi ilə Nizami rayonunda yerləşən Daun sindiromlu uşaqları Megafun uşaq əyləncə mərkəzində sevindirdilər. Uşaqları əyləndirməklə bərabər onlara bayram süfrəsidə təşkil olunmuşdur.Tədbirin sonunda Cəmiyyətin könüllüləri uşaqlara bölməmiz tərəfindən hazırlanmış hədiyyələri uşaqlara paylamış və bu da uşaqların böyük sevincinə səbəb olmuşdur. Tədbirin təşkilində əməyi keçən hər kəsə ən asası Haci Səbuhi Rəcəbə böyük təşəkkürlərimizi bildiririk.