Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Avropa regionu üzrə Nümayəndəliyi tərəfindən Psixososial dəstək və Cinsi zorakılığa dair Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş seminar
2016-ci il iyun ayının 9-dan 12-dək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Avropa regionu üzrə Nümayəndəliyi tərəfindən Psixososial dəstək/Cinsi zorakılığa dair 27 Balkan ölkələri, Orta Asiya, Cənubi Qafqaz Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərin psixoloji dəstək üzrə nümayəndələrinə Federasiyanın psixososial sahədə aparıcı təlimatçılar tərəfindən seminar keçirilmişdir. Seminarın əsas məqsədi psixososial sahədə Milli Cəmiyyətlərin bilik və bacarıqlarının, müxtəlif qarşıya qoyulan məsələlərdə (uşaqların müdafiəsi, cinsi zorakılıq) xidmətlərin sayının artırılması və bununla bu sahədə potensialın artırılmasıdır.
2016-cı ildən başlayaraq təxminən 180 000 miqrant Avropaya əsasən Yunanıstandan və İtaliyadan yetişmişdir. Qərb Balkan yolunun fevral ayında bağlanması, təyin olunmuş ölkələrdə sığınacaq axtaranlara qarşı polis qüvvələrinin təşkil olunması ilə bağlı və mart ayının 20-dən Avropa Birliyi və Türkiyə arası olan razılaşmanın yerinə yetirilməsi 57 000-dən artıq zavallı miqrantları naməlum vəziyyətlə üzləşməyə vadar etmişdir. Nəzərə alaq ki, miqrantların çoxu münaqişə olan ölkələrdən gəlmiş və uzunsürən zorakılıq halları ilə üzləşmişlər və belə halların davam olunması köçürülmə hallarının sayını artırır. Qızıl Xaç və Qızıl Aypara Hərəkatı çox zaman bu məsələlərdə xidmət göstərən aparıcı təşkilatlardan biridir. Bu bizim insansevərliyin qorunması mandatına uyğundur, çünki biz zavallı, ehtiyacı olan qruplara millətindən, hüquqi statusundan asılı olmayaraq köməklik göstərərək onların problemlərini biruzə veririk. Bu sahədə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində Avropanın 28 ölkəsində təcili və ya uzunmüddətli ehtiyacların həll olunması üçün fəaliyyətlər aparılır.
Xidmətlərdən biri məhz psixososial dəstəyin göstərilməsidir, hansı ki, əl əxsus qadınlar və uşaqlara dair yönəldilir çünki onların miqrantların arasında sayı faiz etibarilə daha çoxdur. Eyni zamanda qadınlarla uşaqlar münaqişələr, fövqəladə hallar zamanı əhalinin daha zavallı, zorakılığa, mənfi rəftara, psixoloji gərginliyə daha çox məruz qalan qrupudur.
Seminar zamanı zavallı qruplarla düzgün işləmək üçün müxtəlif metodologiyalar təqdim olunmuş, qrup işləri aparılmışdır. Eyni zamanda tədbir boyu iştirakçılar psixososial dəstək sahəsində öz təcrübələrini maraqlı misallarla bölüşə bilmişlər. Görüşün nəticəsində Psixososial dəstək üzrə Facebook səhifəsi vasitəsilə yeni şəbəkə və bu şəbəkənin vasitəsilə Milli Cəmiyyətlər arasında əməkdaşlıq imkanı yaradılmışdır.