Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.
7 Dekabr 1987 ildə Birləşmiş Millətlər Təşkilatının Assabmleyasında 26 İyun Ümumdünya Narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə günü kimi qeyd edilməsi barədə 42/112 Qətnamə qəbul edilmişdir.
Məs bu günün qeyd olunması ilə ölkələr narkotiklərsiz cəmiyyətin yaradılmasına yönnəldilən fəaliyyətlərin gücləndirilməsinə qərarlı nail olduqlarını nümayiş edir.
Hər il dünyada olduğu kimi, Azərbaycanda da bu günlə bağlı adiyatı olan dövlət və QHT-rı, birləşərək müxtəlif məkanlarda, təhsil ocaqlarında yeniyetmə və gənclər arasında maarifləndirici görüçlər, tədbirləri təşkil edirlər.
Belə ki, iyun ayının 22-də AzQAC-in Sabunçu rayon bölməsinin təşkilatçılığı ilə Bakixanov qəs. yerləşən Mədəniyyət və Turizm baş idarəsinin Sabunçu rayon “Asudə Vaxt “Mərkəzində “26 İyun Ümumdünya narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə günü”nə həsr edilən tədbir təşkil olundu. Tədbirdə iştirak edən yeniyetmə və gənclərə narkotiklərlə bağlı hüquq-mühafizə, sosial, tibbi və digər məsələlərlə bağlı geniş məlumatları İcra Hakimiyyəti, polis idarəsi, ağsaqqal şürası və digər təşkilatların nümayyəndələr çıxış edərək, təqdim etmişlər. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tədbirdə iştirak edən gənclərə Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın, eləcə də dünya alimlərinin narkotiklərlə mübarizə təcrübələrindən məlumatlar çatdırmışdır. Çıxış edən RB-nin sədri Elmira Məlikova uşaq və yeniyetmələrin valideynlər tərəfindən vaxtında narkotiklərlə bağlı düzgün maariflənmənin önəmli olduğunu vurğulamışdır. Sonda narkotiklərin zərəri haqqında film nümayiş olundu. Məruzələr ətrafında yeniyetmələr öz fikir və təkliflərini söylədilər. Az.Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan Sağlam, narkotiksiz həyat seç!” adlı bukletlər paylanıldı.