image2

Strateji İnkişaf Planı, vahid hesabat sistemi və digər təşkilat daxili məsələlər ilə bağlı Qızıl Aypara Cəmiyyətinin Lənkaran Regional Mərkəzi və regiona daxil olan rayon bölmələrinin əməkdaşları ilə görüş

14-15 iyul 2016-cı il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Lənkaran Regional Mərkəzinə (RM) daxil olan rayon bölmə sədrlərinin və  Baş Gərargahdan İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Şaban Şayevin  iştirakı ilə “Strateji İnkişaf Planı” (SİP) (2016-2020), Regional Mərkəz və rayon bölmələri üçün hazırlanmış yeni “Vahid hesabat sistemi” və digər vacib məsələlər üzrə növbəti görüş keçirilmişdir.

Tədbir 2016-2020-ci illəri əhatə edən yeni SİP-ın təqdimatından başlamışdır. Qeyd edilmişdir ki, sənəd beş məqsəd üzərində qurulmuş və hər məqsədə görə  vəzifələr və göstəricilər daxil olunmuşdur. Digər regionlarda olan görüşlərdə qeyd edildiyi kimi region, rayon bölmələri səviyyələrində  görülən bütün fəaliyyətlər   SİP-ə istinad  olmalı və müvafiq göstəricilər hesabatlarda öz əksini tapmalıdır.

Planlaşdırmanın yeni ərəfəsində fövqəladə hallar zamanı çevik səfərbər olunan, düzgün qaydada qiymətləndirməni aparan, humanitar dəstəyin paylanışında fəal iştirak edən, İlk Yardım vərdişləri, Axtarış xidməti və s. işləri aparan  Mobil Könüllü Dəstələrin (MKD) yaradılması nəzərdə tutulub. MKD-r regional səviyyədə və sonra təbii fəlakətlərə daha meyilli olan rayonların səviyyəsində yaradılacaq. Dəstələrə tələblərə uyğun olan regiondan və rayon bölmələrindən işçilər və könüllülər dəvət olunacaq.

Son zamanlar miqrasiya sahəsində görülən fəaliyyətlər, tədbirlər təqdirə layıqlı olduğuna görə və miqrasiya məsələsinin aktuallığını nəzərə alaraq yeni ərəfədə fəaliyyətlərin genişlənməsi məqsədə uyğundur.

SİP-in 5 məqsədlərinin tərkibinə daxil edilən “Təhlükəsiz Giriş” konsepsiyası son zamanlar cəbhə xəttində baş verən gərginliklə və ümumilikdə yerlərdə fəaliyyətlər aparılan zaman düzgün davranışa, xarici görünüşə, təşkilat arası və kənarda münasibətlərin düzgün qurulmasına daha ciddi fikir verməkdən irəli gəlir.

Artıq digər regionlarda izah edildiyi kimi, bu görüşdə də qeyd edildi ki, AzQAC-ın RM və rayon bölmələrindən toplanılan məlumatların, göstərilən yardımların, həyata keçirilmiş fəaliyyətlərin daha dəqiq, şəffaf və aydın şəkildə təqdim edilməsi üçün “Vahid hesabat sistemi” sənədi tərtib edilmişdir və bundan sonra yerlərdən hesabat bu sənədə əsasən toplanılacaq.

Təqdimatların sonunda hər bir rayon bölmə sədrinə yeni “Strateji İnkişaf  Planı” (2016- 2020) və vahid hesabatın nüsxəsi təqdim olundu.image1 IMG_0328 image1

1 Şərh

Leave a Reply to Bayram Cancel reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.