foto 1 (37)

“Cenevrə Konvensiyalarının qəbulunun 67-cı ildönümü” və “Ümumdünya Gənclər Günü” AzQAC Sumqayıt şəhər bölməsində qeyd olundu

12 avqust 2016-ci il tarixində “Cenevrə Konvensiyalarınınqəbulunun 67-cı ildönümü” və “Ümumdünya Gənclər Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində könüllülərlə görüş keçirilmişdir.  Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq günün mahiyyəti barədə iştirakçılara qısa məlumat verdi. O daha sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması, tarixi, tərkib hissələri, fundamental prinsipləri, fəaliyyətləri, Beynəlxalq Cenevrə Konvensiyası və Beynəlxalq Humanitar Hüququn əsasları haqqında könüllülərə geniş məlumat verdi. Mətanət xanım  həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab  Novruz Aslanovun yeni çapdan çıxmış “Mərhəmətin ünvanı” adlı kitabının təqdimatını etdi. Xanım cənab Novruz Aslanovun   “Humanitar diplomatiya” adlı  kitabından da bəhs edərək, bir sıra maraqlı məqamlara toxundu. Sonra çıxış üçün sözü bölmənin sınaq müddətli təlimatçısı Reyhan Əlizadəyə verdi.  O, Beynəlxalq Cenevrə Konvensiyası haqqında hazırladığı prezentasiyanı könüllülərə təqdim etdi. Səmərəli keçən görüşdə il ərzində daha fəal könüllü və işçi heyətinə “Ümumdünya Gənclər Günü” münasibətilə Fəxri Fərmanlar təqdim olundu. Şirniyyat süfrəsi ətrafında gənclər diskusiya xarakterli söhbətlər apardılar.Tədbirdən sonra bölmə sədri,işci heyəti və gənc könüllülər Sumqayıt şəhərində yeni salınmış dənizkənarı bulvarda gəzintidə olmuş,xatirə şəkilləri cəkdirmişdilər.

 

 

foto 1 (37) foto 1 (44) foto 1 (47) foto 1 (53) foto 1 (54) foto 1 (73)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.