2016-cı il sentyabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyyəti, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları, əməkdaşlıq üzrə məsül şəxs Rasim Allazov, Əməkdaşlıq üzrə köməkçi Lyudmila Şepeleva ilə birlikdə Gürcüstan Qızıl Xaç Çəmiyyətinin (GQXC) işçi və könülləri tərəfindən BQXK-nin dəstəyi ilə Təhlükəsiz Giriş mövzusunda təşkil olunan simulasiya tapşırınğında müşahidəçi qismində iştirak etmişdir. GQXC-nin işçi və könülləri ilə yanaşı tədbiri cəmiyyətlə birgə fəaliyyət göstərən və əməkdaşlıq edən digər Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərəfdaşları müşahidə edirdi.
Təhlükəsiz Yetişmə anlayışı özündə hər bir Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin təhlükəsizliyinin və bu təhlükəsiziliyi təmin etmək üçün müvaifiq addımların atılmasını cəmləşdirir. Bu anlayışa Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən öz işçi və könüllülərinin qorunması və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələri üçün lazımlı mühitin yaradılması, işçi və könüllülərin Hərəkatın Prinsiplərinə, Beynəlxalq Humanitar Hüququn (BHH) normalarına, Davranış Qaydalarına, cəmiyyətin Nizamnaməsinə uyğun hərəkət və bu qaydalara riayət etmələri daxildir. Eyni zamanda Təhlükəsiz Yetişmədə ölkə daxili və ölkədən kənar tərəfdaşlarla düzgün iş və əməkdaşlıq münasibətlərinin qurulması və bununla Hərəkatın lazımı səviyyədə təmsil edilməsi, hər bir Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən AzQAC-i daxil olmaqla müvafiq sistemlər və strukturlarının yaradılmasına doğru atılan addımlar da nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, artıq AzQAC Təhlükəsiz Yetişmə anlayışı çərçivəsində 2016-2017- illər üçün Tədbirlər Planı hazırlamış, sənədə nəzarət və həyata keçirtmək məqsədilə işçi qrupu yaratmışdır.
Növbəti addım kimi 2017-ci ildə yuxarıda qeyd olunmuş simulasiya tapşırığının artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilməsi planlaşdırılır.