5 sentyabr 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Litva Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilmişdir. AzQAC-ın Baş Qərargahında baş tutan görüşdə səfirliyin nümayəndələrinə Milli Cəmiyyətin strukturu, statusu, fəaliyyət istiqamətləri və fəaliyyət prinsipləri, həyata keçirdiyi layihə və proqramlar, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və digər Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, əldə edilən nailiyyətlər barəsində məlumat verildi.
Səfirlik nümayəndələri AzQAC-ın fəaliyyətini və qazandığı nailiyyətləri yüksək qiymətləndirərək humanizm naminə müxtəlif sahələrdə əməkdaşlıq etmək istəklərini xüsusi olaraq qeyd etdilər. Belə ki, görüş zamanı mövcud əməkdaşlıq imkanları və birgə həyata keçirilməsi mümkün ola biləcək layihələr müzakirə olundu.
Görüşdə AzQAC-nın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova iştirak etmişdir.