24

“Mən Sülhə səs verirəm” mövzusunda tədbir keçirildi.

Sülh aylığı” çərçivəsində AzQAC Sabunçu RB-nin təşkilatçılığı ilə gənclər evində 07.09.2016 il tarixdə “Mən Sülhə səs verirəm” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Sabunçu rayon Müharibə və Əmək Veteranları, Böyük Vətən Müharibəsi iştirakçıları, Respublika Qadınlar Cəmiyyətinin rnümayyəndələri, Ukraina və Rus icmaları, Çernobıl əlilləri, Dünya Ana və Uşaq ictimai birliyinin icraçı direktoru , kitabxana işçiləri və 148 saylı məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri açaraq Məlikova Elmira qonaqları salamladı, çıxışında “Sülh Günü” və “Sülh Aylığı”nın yaranma tarixi haqqında  məlumat verdi. Sülh dinclik, əminəmanliq,  sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimayyətdə münasibətlərin sağlaşmasına, köklü zorakilığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.Tədbirin keçirliməsində əsas məqsədlərindən biri də insanları bu mövzuya, bu anlayışa və dəyərə cəlb etməkdir. Mövzu ilə bağlı çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər. Sonda məktəb uşaqları hazırladığı konsert proqramları ilə sevindirdilər və mövzu ilə bağlı rəsm şəkillərini nümayiş etdilər. Məktəbliləri AzQAC Sabunçu RB-nin əməkdaşları  Fəxri Fərmanlar ilə təltif etdi.14 16 20 23 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.