foto

Azərbaycanda tütünlə mübarizəyə dair tədbirlər gücləndiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə hazırda dünya əhalisinin 30% tütün çəkir, ildə 6 milyon insan tütün tüstüsünün təsirindən yaranan ağır qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişir və əfsuslar ki, bunlardan 10%-i siqaret çəkməyən, lakin başqalarının tütün tüstüsü ilə nəfəs almaq məcburiyyətində olan insanlardır.  Bu dinamika artmaqladır və əgər kompleks tədbirlər görülməzsə 2030-cu ilədək dünya üzrə tütün tüstüsünün təsiri səbəbindən ölənlərin sayı ildə 8 milyondan çox olacaq.

Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın 2020 Strategiyasına əsasən Milli Cəmiyyətlərə Qeyriyoluxucu Xəstəliklərlə (QYX) mübarizəyə dair geniş fəaliyyətlərin  həyata keçirilməsinə dair  tövsiyyələrə mühüm yer ayrılır.  Bununla əlaqədar, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Region Mərkəzləri və Rayon Bölmələri vasitəsi ilə yerli dövlət və Qeyri Hökumət təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət proqramları hazırlanır, həyata keçirilir.  Belə ki, AzQAC-in Azərbaycan Respublika Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM) QYX-ə daxil olan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsinə dair  əməkdaşlığı 2012-ci ildən başlamışdır. Qeyd etmək lazımdır ki, İSİM ölkədə digər içtimai səhiyyə sahəsində (könüllü təmənnasız qan donorluğu, yol təhlükəsizliyi, gender əsaslı zorakılıq və s.)  fəaliyyətlərdə AzQAC ilə  uğurlu əməkdaşlıq edir.

29 sentyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid mövcud qanunvericiliyinin gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair görüş baş tutdu. Bu görüş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinin icrası məqsədilə  Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanması istiqamətində ilk addım oldu. Görüşdə adiyatı olan Dövlət və QHT-nümayyəndələri iştirak etmişlər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibinin müavini Xalidə İsgəndərova  və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova  təmsil edirdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.