14459758_336854139988533_1798647205_n

Uşaqlar İlk Yardım haqqında maarifləndirildi

Hər il  (2000-ci ildən başlayaraq) bir çox ölkələrdə  Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın təşəbbüsü ilə sentyabr ayının ikinci şənbə günü, Ümumdünya İlk Yardım Günü kimi geyd olunur.

Həkim gələnədək zərərçəkən  ilk yardıma dair tədbirlərin  təşkil olunması, onun iztirablarının azaldılması və fəsadların əmələ gəlməsinin qarşısının alınması  İlk yardımın əsas məqsədidir. İlk Yardıma dair fəaliyyətlərBeynəlxalq  Federasiyanın  ən prioritet sahəsi kimi təkmilləşərək, Milli Cəmiyyətlərdə  bu fəaliyyətlərin geniş həyata keçirilməsinə dəstək olur. Bu il “İlk Yardım Uşaqlara və Uşaqların vasitəsilə” şüarı altında keçirilir. Uşaqlar da böyüklər kimi,  İlk Yardıma dair vərdişlərə  tez bir zamanda öyrənə bilər ki,   evdə və evdən kənar müxtəlif  yaşaması üçün təhlükəli olan şəraitdə və vəziyyətlərdə, fövqəladə hallarda faydalana bilsinlər! Uşaqlara İlk Yardım vərdişlərini öyrətməklə sağlam gələcəyin böyüməsinə,  inkişaf etməsinə şərait yaradırıq!

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci il statistikasına görə yerkürrəsinin 26 % 15 yaşından az uşaqlar təşkil edir və 2050-ci ilə qədər bu rəqəm 2.6 millyona çatacaq! Uşaqlar daha çox zədələrə (travmalara) məruz qalırlar və nəticədə bu onların həyatlarına təhlükə yarada bilər! Eyni zamanda suda boğulma halları da uşaqlar arasında tez-tez baş verir! Bunları nəzərə alaraq uşaqlara İlk Yardım biliklərinin öyrədilməsi onların həyatlarını xilas edib gələcəkdə bu vərdişlərdən faydalana bilən insanların böyüməsi deməkdir!
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin region mərkəzləri və rayon bölmələri vasitəsilə Azərbaycan Respiblikası Təhsil Nazirliyinə dəstək verərək, uşaq və yeniyetmələrin, gənclərin inkişafına yönnəldilən maarifləndirici tədbirlər həyata keçirilir. Buraya, təhsil ocaqlarında Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatına dair, sağlamlıqla bağlı təlim və seminarların təşkili,  humanitar yönümlü və s. fəaliyyətlər  daxildir. Bu fəaliyyətlər Cəmiyyətin işçi heyyəti və təlimatlandırılmış könüllülər vasitəsi ilə həyata keçirilir.

Belə ki, 2016-ci il sentyabrın 19-da AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Yasamal  rayonunda yerləşən Cəbrayıl rayonu D.Qurbani adına Soltanlı kənd tam orta məktəbində  7-ci sinif şagirdlərinə “Uşaqlara İlk Yardım” adlı seminar keçirilmişdir. Uşaqlara  zədələrin qarşısının alınması, zədələr zamanı ilk yardımın aparılmasına dair məlumatlar interaktiv şəkildə çatdırılmışdır.

Seminar  məktəbin müəllimi, Cəbrayıl rayonu qaçqın və məcburi köçkünlər icmasının  rəhbəri Nəzakət  İsmayılovanın təşəbbüsü ilə təşkil edilmişdir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.