p1080813

10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü qeyd edildi

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki: “Sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, eləcə də, normal fiziki, psixi və sosial rifahın olmasıdır”. Bura sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluqların profilaktikası, həmçinin, psixi pozğunluqlardan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası daxildir. Psixi sağlamlıq dedikdə tək psixi pozuntular nəzərdə tutulmur. Demək olar ki, belə hallarda insanların əksəriyyətində də psixi problemlər müşahidə olunur. Psixi sağlamlıq-insanın öz daxili gücü, potensialı ilə gündəlik həyat fəaliyyətinin yaratdığı streslərin öhdəsindən gəlməsi və özü üçün hüzurlu vəziyyət yaratmasıdır. İnsanın psixi sağlamlıq vəziyyəti bir çox sosial, psixoloji, həm də bioloji amillərdən asılıdır.

1992 –ci ildən başlayaraq,  Ümumdünya Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü ilə dünyada 10 Oktyabr Ümumdünya Psixi sağlamlıq günü qeyd edilir. Bu günün qeyd olunmasında fəal iştirakçıları olan Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Panamerikan Səhiyyə Təşkilatlarını  xüsusi rolu olmuşdur.

2016-ci ildə Ümumdünya Psixi sağlamlıq günü “Psixi Sağlamlıqda Ləyaqət. İlk Psixoloji Yardım Hamı Üçün” mövzusuna həsr edilir. İlk psixoloji yardımım əsas mahiyəti  hər hansı bir hadisə zamanı zərərçəkənlərə onların ləyaqətini qoruyaraq insanı münasibət və praktiki kömək göstərmədən ibarətdir. Zərərçəkənə ilk yardımla (həkim gələnədək) yanaşı ilk psixoloji yardıma dair bilik və bacarıqları hər bir kəs bilməlidir.  

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı çərçivəsində Ilk Psixoloji Yardım həyata keçirilən və təşkil olunan bütün növ İlk Yardımlarda  təmin edilir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regional Mərkəzlər və yerli rayon, şəhər bölmələri vasitəsilə “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhali arasında  geniş psixi sağlamlığın qorunmasına dair maarifləndirmə yönümlü tədbirləri (təlim, seminar, dəyirmi masa, konfrans), İlk Yardım proqramı çərçivəsində isə zərərçəkənlərə İlk  Psixoloji Yardımın aparılmasının  aşılanması kimi fəaliyyətini həyata keçirir.

10 Oktyabr Ümumdünya Psixi sağlamlıq günü ilə əlaqədar  AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir.  Belə ki, oktyabr ayının 7  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində sosial iş üzrə təhsil alan 1-2 kurs tələbələri və oktyabr 8-də Sabunçu Rayonunda yerləşən “Asudə Vaxt” Mərkəzində Tibb kurslarının oxucuları üçün “İlk psixoloji Yardım”a dair seminarlar keçirilmişdir.  Seminarda tələbələrə insanın kritik vəziyyətində keçirilən hallar, stress, depressiya   və digər gərgin vəziyyətlərin xüsusiyyətləri, psixoloji davranışı və ətrafa verilən reaksiyalar barədə məlumatlar çatdırılmışdı. Seminar iştirakçıları  İlk Psixoloji Yardımın əsas: zərər çəkmişə  yaxın olmaq, diqqətlə qulaq asmaq, onun hisslərini paylaşmak, ümumi dəstək və praktiki yardım göstərmək  kimi dörd elementlər və  prinsipləri qeyd edildi. Bununla yanaşı tələbələrə İlk Psixoloji Yardımda zərərçəkənin ətrafında olan ailə üzvlərinin, qohum və dostların kömək etmək imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanmışdı. Evlərə baş çəkməklə, telefon və ya internet vasitəsi ilə, dəstək qrupları  və digər yollarla müxtəlif dəstək vasitələrlə ilk psixoloji yardım göstərilməsi barədə məlumatlar  prezentasiya şəklində çatdırılmışdır.p1080834

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.