foto-27

Sağlamlıq imkanları məhdud olan uşaqlar sevindirildi

Az.QAC donoru,bölməmizin dostu,xeyirxah insan Hacı Səbuhi Rəcəb həmişə olduğu kimi bu dəfə də qeydiyyatımızda olan sağlamlıq imkanları məhdud uşaqlara nahar süfrəsi təşkil etmişdi.Nahar Bakı şəhərində olan “Ibo”restoranında baş tutdu.Uşaqlar masa ətrafında nahar edərək,bir birləri ilə ünsiyyətdə oldular.Daha sonra bir birini əvəz edən şən musiqi sədaları altında rəqs edərək şənləndilər.Restoranın personalı uşaqların istirahəti ücün bütün şərait yaratmışdılar.Könüllülərimiz isə həmişəki kimi uşaqlara qulluq göstərmiş,yemək əsnasında onlara yardımcı olmuş,uşaqlarla rəqs edərək,onları əyləndirmişdilər..Onların gözlərindəki sevinci görməmək mümkün deyildi.Bizimlə bir yerdə tədbirə qatılan valideynlər söz alaraq,dəfələrlə uşaqlarına diqqət və qayğı göstərən Hacı Səbuhi Rəcəbə dərin təşəkkürlərini və ehtiramlarını bildirmişdilər.Mən də AzQAC Sumqayıt şəhər bölməsinin kollektivi və şəxsən öz adımdan hər zaman diqqət və qayğıya ehtiyacı olan insanların yanında olan,onlardan mərhəmət və şəvqəyini əsirgəməyən dostumuz Hacı Səbuhi Rəcəbə təşəkkürümüzü bildirir,ona bütün işlərində uğurlar arzulayır.20161007_170359 20161007_175218 20161007_175627 20161007_180712 foto-2 foto-3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.