beautyplus_20161011100322_fast

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərliyi ilə görüşüb

11 oktyabr 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı Ofisinin Başçısı xanım Elena Sesseranı və BQXK-nin Cənubi Qafqaz Ölkələri üzrə regional Əməkdaşlıq Kordinatoru cənab Qregory Le Qoqu  qəbul edib. Görüşün əsas məqsədi iki təşkilat arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin şərh olunması və gələcək addımların atılmasından ibarət olub. Novruz Aslanov gələn qonaqları salamlamış və  təşkilatlar arası qurulmuş əməkdaşlıq münasibətlərindən məmnun olduğunu bildirmişdir. Bu zamana qədər aparılmış fəaliyyətlərdən (Aprel hadisələrində birgə iş, İlk Yardım təlimatları, yay düşərgəsi və s.) əldə olunan nəticələr məhz onu göstərir ki, hər iki təşkilat öz mandatına əsaslanaraq və Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Prinsiplərinə riayət edərək çevik, şəffaf strateji istiqamətdə addımlayaraq əhalinin sosial cəhətdən imtiyazlı olan qruplara müvafiq dəstəyi göstərir.

Xanım Sessera öz növbəsində qeyd etdi ki, bu günə qədər aparılan fəaliyyətlər təqdirə layiqdir və növbəti addım kimi onların daha geniş və mükəmməl formada keçirilməsi nəzərdə tutulur. Xanım Sessera Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirərək Novruz Aslanova öz təşəkkürünü bildirmişdir.

Eyni zamanda qeyd olunub ki, hər hansısa bir böhrana, fövqəladə hala hazırlıqlı olmaq üçün Hazırlıq və ya Davamlılıq Planın tərtib olunması vacibdir. Bu plan çoxəhatəli sənəd olaraq həm münaqişə, həm təbii, texniki fəlakətlər zamanı Hərəkat daxili və Hərəkatdan kənar, hökumət və qeyri-hökumət təşkilatlarının göstərə biləcəyi dəstəyi, əməkdaşlığı əks etdirməlidir. Planın qaralama variantı hazırdı, lakin onun üzərində yenidən işləmək və son variantı hazırlamaq lazımdır.

Əlavə olaraq cənab Gregory Le Qoq Hazırlıq və ya Davamlılıq Planı ilə bağlı BQXK-nın və AzQAC-ın nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyində işgüzar və səmərəli görüşünü qeyd etdi. Görüş nəticəsində bir sıra məsələlərə və bu istiqamətdə aparılacaq addımlara aydınlıq gətirildi.

Görüşün sonunda Novruz Aslanov və xanım Sessera  belə qarşılıqlı əməkdaşlığın davamlı, səmərəli və əlverişli olacağını bildirmişlər.beautyplus_20161011100307_fast beautyplus_20161011100322_fast img_0751

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.