AzQAC Sumqayıt şəhər bölməsinin Mobil dəstəsi Ceyranbatan Su Təchizatı İdarəsində kecirilən obyekt Mülki Müdafiə məşqində iştirak etmişdir. Mobil dəstə tərəfindən çadır qurulmuş,bölməyə məxsus olan Təcili yardım maşını və 12 nəfərdən ibarət heyət təlimdə iştirak etmişdi.Könüllü tibb bacıları tərəfindən şərti yaralılara ilk yardım göstərilmiş, mobil dəstə üzvləri isə xərəklərlə “yaralıları”ilk yardım maşınına yerləşdirmiş və təyinatı üzrə göndərmişdilər.Məşqin sonunda sıra düzülüşü zamanı idarəsinin Sumqayıt Regional Fövqaladə hallar və Mülkü Müdafiə idarəsinin sədri Emin Əliyev bütün iştirakcılar qarşısında AzQAC Sumqayıt şəhər bölməsinin Mobil Dəstəsinə Obyekt Mülki Müdafiə məşqində fəal iştiraklarına görə təşəkkürünü bildirmişdi.