Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Artıq neçə illərdir ki,Azərbaycan Qızıl Aypara Cəmiyyətində Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsinin koordinatorluğu ilə müxtəlif təhsil ocaqlarının tələbələri təcrübə mübadiləsi keçirlər. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetinin Sosial iş və Regionşünaslıq fakültələrinin IV kurs tələbələri 19.09. 2016-cı il tarixindən 14.11. 2016-cı il tarixinə kimi səkkiz həftəlik təcrübə mübadiləsində olacaqlar. Bu müddətdə onlara Cəmiyyətimizin, eləcə də Hərəkatın tarixi, fəaliyyəti, həyata keçirilən layihələr və s. haqqında dolğun məlumat veriləcək, prezentasiyalar təqdim olunacaqdır. Eyni zamanda onlara 16 saatlıq ilk yardım təlimləri keçiriləcəkdir. Onlar həmçinin, Cəmiyyət tərəfindən keçirilən müxtəlif tədbirlərində, aksiyalarda iştirak edəcəklər. Sonda isə 14.11.2016-cı il tarixində Cəmiyyətimizin baş qərargahında tələbələrlə təcrübənin nəticələrinə dair müsahibə keçiriləcək, onlarla sorğu-sual aparılacaq və sonda xasiyyətnamələr təqdim olunacaqdır.