Ümumdünya Səhiyyə Təşkilatına görə hər il dünyada 1mln çox yeni süd vəzi xərçəngi xəstəliyi aşkar olunur. İldə süd vəzi xərçəngi 400.000 artıq insan həyatına son qoyur.
1993 –cü ildən Ümumdünya Səhiyyə Təşkilatı Oktyabr- süd vəzi xərçəngi ilə mübarizə ayı kimi elan etmişdir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Region Mərkəzləri və Rayon Bölmələri vasitəsilə “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2016-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhali arasında geniş səhiyyə maarifi işlərini davamlı həyata keçirir.
Belə ki, 24 oktyabr tarixində AzQAC-in Yevlax Rayon Bölməsinin sədri Həbibə Məmmədovanın təşkilatçılığı ilə “Oktyabr ayı – süd vəzi xərçəng xəstəliyi ilə mübarizə”yə dair qadınlarla maarifləndirici görüş keçirilmişdir. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova görüşə dəvət olunan qadınlara süd vəzi xərçəng xəstəliyi barədə geniş məlumatlar vermişdir. O, bir daha qadınları oktyabr ayında keçirilən tədbirlərin: süd vəzi xərçəng xəstəliyinin erkən diaqnostikası, müayinə üsülları və xəstəliyin qarşısının alınmasına dair sağlam həyat tərzinin təbliğatının əhəmiyyətinə cəlb etdi. Tədbir iştirakçıların hər biri cəhrayi lenti sinələrinə baxladılar bununla da süd vəzi xərçəng xəstəliyi ilə mübarizədə birliyi nümayiş etdilər.